Gənc cüdoçumuz Avropa kuboku yarışında bürünc medal qazanıb
Bosniya və Herseqovinada cüdo üzrə gənclər arasında Avropa kuboku yarışı keçirilir.

Burnirin ilk yarış günündə qızlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Aytac Qardaşxanlı bürünc medal qazanıb. O, həlledici mərhələdə fransalı rəqibi Yuliye Falqonu məğlub edib.

Qeyd edək ki, iki gün davam edəcək yarışda komandamız 7 (3 oğlan, 4 qız) cüdoçu ilə təmsil olunur.

Xəbər 274 dəfə oxundu.