Bakı Su İdmanı Sarayının ərazisində stronqmen üzrə Avrasiya çempionatı keçirilir
İyunun 25-də Bakı Su İdmanı Sarayının ərazisində stronqmen üzrə Avrasiya çempionatı keçirilir.

Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 170-dək idmançı mübarizə aparır.

İdmançılar strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə 55 dəst medal uğrunda güclərini sınayırlar.

Çempionatda ölkəmizi 100-dək idmançı təmsil edir.

Xəbər 377 dəfə oxundu.