Ümummilli lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş mini-futbol turnirinə yekun vurulub
İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş həsr olunmuş mini-futbol çempionatı başa çatıb.

Mayın 14-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 34 komandası iştirak edirdi. İyunun 25-də keçirilən final görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası qalib gəlib. Üçüncü yerin sahibi isə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı komandasıdır. Çempionatda ilk 3 yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara Fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.

Xəbər 373 dəfə oxundu.