Qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsi üçün Mingəçevirə yola düşüb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsi üçün bu gün Mingəçevirə yola düşüb.

Komandanın təlim-məşq toplanışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək. Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında buradakı hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki məşqlərdə 15 voleybolçu iştirak edəcək.

Qeyd edək ki, millimiz "Avro-2023"ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.

Xəbər 348 dəfə oxundu.