“Səbail" heyətinə yeni futbolçu cəlb edib
Bakının “Səbail" klubu heyətinə yeni futbolçu cəlb edib.

Bakı təmsilçisi “Şamaxı”dan ayrılan yarımmüdafiəçi Rafael Məhərrəmlini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İyirmi üç yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Futbolçu daha əvvəl "Qarabağ" və "Zirə"də də çıxış edib.

Xəbər 270 dəfə oxundu.