Avropa birinciliyi: Bu gün daha iki cüdoçumuz mübarizəyə qoşulub
Xorvatiyada cüdo üzrə Avropa birinciliyi davam edir.

Yarışın üçüncü günündə 2 idmançımız Camal Baxışov (81 kq) və Ramazan Əhmədov (+90 kq) mübarizəyə qoşulacaq. İlk görüşündə C.Baxışov Monteneqro təmsilçisi Vidak Milyenoviklə qarşılaşacaq. R.Əhmədovun rəqibi isə latviyalı idmançı Yanis Strazinds olacaq.

Qeyd edək ki, ötən iki günün nəticələrinə görə, komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medalla ümumi hesabda liderliyini davam etdirir.

Yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edir.

Xəbər 344 dəfə oxundu.