İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi ilə qarşılaşacaq
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 7-ci turun oyunları keçiriləcək.

Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda ABŞ təmsilçisi Fabiano Karuana ilə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız ötən turlarda 2,5 xal toplayıb. O, bu nəticə ilə 6-7-ci yerləri bölüşür.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Xəbər 231 dəfə oxundu.