Uşu üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir
Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə kadetlər arasında Azərbaycan birinciliyi keçirilir.

Yarışda respublikanın 15 şəhər və rayonundan çinda, vinçun, sanda versiyalarında 150-dən çox idmançı gücünü sınayır. Bu gün birinciliyin final yarışları təşkil ediləcək.

Qeyd edək ki, uşu üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi iyunun 23-də start götürüb.

Xəbər 430 dəfə oxundu.