Vüsal Abdullazadə: Məqsəd idmançılarımızı dünya və Avropa çempionatlarına hazırlamaqdır
Uşaq, yeniyetmə, gənclər və böyüklər arasında keçirilən və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş qocyu-ryu, okinava, karate-do və kabudo-kempo idman növləri üzrə açıq respublika turniri maraqlı və gərgin mübarizə şəraitində keçir. Azərbaycan Okinava Qoçyu-Ryu Karate-Do və Kobudo-Kempo İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə iştirakçılar üç versiya üzrə güclərini sınayırlar.

Bu sözləri müsahibəsində Azərbaycan Okinava Qoçyu-Ryu Karate-Do və Kobudo-Kempo İdman Növləri Federasiyasının vitse-prezidenti Vüsal Abdullazadə bildirib. O, qeyd edib ki, iki gün davam edəcək yarışda fərqlənənlər ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər: “Müxtəlif yaş qrupları üzrə keçirilən yarışlarda qalib və mükafatçılar sırasında yer alacaq idmançılar yığma komandanın heyətinə cəlb olunacaqlar. Əsas məqsəd idmançılarımızı dünya və Avropa çempionatlarına hazırlamaqdır.

V.Abdullazadə qeyd edib ki, dünya çempionatı noyabrda Hindistanda keçiriləcək. Ondan əvvəl isə sentyabrda Macarıstanda kempo üzrə Avropa çempionatı təşkil ediləcək.

Xəbər 341 dəfə oxundu.