“Cəbrayıl” UEFA Region Kubokunda ilk görüşünə çıxır
Bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin II qrupunda ilk oyun keçiriləcək.

Təmsilçimiz “Cəbrayıl” komandası Şamaxı şəhər stadionunda saat 16:00-da keçiriləcək qarşılaşmada Belarusun “Kolos” komandası ilə üz-üzə gələcək. Oyunu baş hakim Damian Silvestrzak (Polşa), baş hakimin köməkçiləri Bartosz Kaszinsk (Polşa), Pascal Hirzel (İsveçrə) və dördüncü hakim Luca Cibelli (İsveçrə) idarə edəcək.

Xəbər 278 dəfə oxundu.