Badmintonçularımız Xorvatiyada keçirilən “Future” seriyalı “Croatia Open-2022” turnirində çıxış edib
Badmintonçularımız Xorvatiyanın Dubrovnik şəhərində keçirilən “Future” seriyalı “Croatia Open-2022” turnirində çıxış edib.

Kişi badmintonçuların şəxsi yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Aqil Qəbilov ilk görüşündə İslandiya təmsilçisi Gabriel İngi Helgasona 2:0 hesabı ilə qalib gəlib. Aqil Qəbilov ikinci görüşündə İngiltərə badmintonçusu Heng Lin Ngana 0:2 hesabı ilə uduzub.

Təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Emran Safinə (Finlandiya) 2:0 hesabı ilə qalib gələn Cahid Əlhəsənov növbəti mərhələdə Sinqapur idmançısı Jun Hui Markusa 0:2 hesabı ilə məğlub olub.

Qadın badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan Era Maftuha turnirin səkkizdəbir finalına yüksəlmək uğrunda keçirilən görüşdə Thi AnhThuya (Vyetnam) 0:2 hesabı ilə uduzub.

Kişi badmintonçuların qoşa yarışında Cahid Əlhəsənov-Amri Khadafi tandemi fransalı Nikolas Hoareau-Aymerik Tores qoşasına 0:2 hesabı ilə məğlub olub.

Xəbər 440 dəfə oxundu.