AFFA-nın hakimlər komitəsinin sədri: Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram
Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam.

Bu fikirləri AFFA ilə müqavilə müddəti iyunun 30-da başa çatacaq hakimlər komitəsinin sədri Fritz Stuchlik qurumun rəsmi saytına açıqlamasında bildirib.

O qeyd edib ki, son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində pozitiv dəyişiklikləri görmək çox xoşdur. Təkcə Premyer Liqa və Birinci Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub: “Bu məsələdə hakimlər komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm”.

Xəbər 329 dəfə oxundu.