Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Portuqaliyanın Nazare şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

A Divizionunda yer alan yığma yarışa 3 qapıçı - Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov, 11 meydan oyunçusu - Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Emin Mehdiyev, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Hüseyn Axundov, Sabir Allahquliyev ilə yollanıb.

Qeyd edək ki, Azərbaycan millisi iyulun 1-də İtaliya, ertəsi gün Almaniya, iyunun 3-də isə İspaniya ilə üz-üzə gələcək.

Millimiz iyulun 1-də İtaliya, ertəsi gün Almaniya, iyunun 3-də isə İspaniya komandası ilə üz-üzə gələcək.

Xəbər 235 dəfə oxundu.