Marneulidə FİFA standartlarının ikinci kateqoriyasına uyğun futbol stadionu tikiləcək
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisində FİFA standartlarının ikinci kateqoriyasına uyğun futbol stadionu tikiləcək.

idman meydançası Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondu tərəfindən inşa olunacaq.

Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin dəyəri 8,1 milyon lari (2,7 milyon dollar) təşkil edir. Maliyyə vəsaiti dövlət büdcəsindən ayrılıb.

Stadion beynəlxalq futbol təşkilatının tələblərinə cavab verəcək.

Burada geyinib-soyunma otaqları, yeməkxana, anbar təsərrüfatı, səs gücləndirici və yanğından mühafizə sistemləri, jurnalistlər üçün xüsusi yerlər də tikiləcək.

Stadionun tribunaları 2000 nəfər üçün nəzərdə tutulub və burada xüsusi qayğıya ehtiyacı olan insanlar üçün yerlər də nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstan 2023-cü ildə 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək. Gürcüstan hökuməti artıq bu məsələni müzakirə edib və ölkədə idman infrastrukturunun yaxşılaşdırılması üçün konkret addımlar atmağa başlayıb.

Bu məqsədlə 32 milyon ABŞ dollarından çox vəsait ayrılıb.

Turnirin yüksək səviyyədə keçirilməsi üçün Tbilisi, Saquramo, Kutaisi, Tsxaltubo, Kobuleti və Batumidə stadionlar, məşq meydançaları da daxil olmaqla, 12 idman obyektində bu il təmir-tikinti işləri aparılacaq.

Xəbər 236 dəfə oxundu.