Gənclər və idman naziri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhanla görüşüb.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən üçüncü iclası çərçivəsində baş tutan görüş zamanı nazir Fərid Qayıbov qonağın iclasa qatılmağından məmnunluğunu ifadə edib.

Bakıda keçirilən tədbirin ölkəmizlə ICYF arasında əməkdaşlığı növbəti mərhələyə keçməsinə səbəb olacağı qeyd edilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən ICYF prezidenti Taha Ayhan tədbirin yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Xəbər 2218 dəfə oxundu.