Silahlı Qüvvələr Gününə həsr olunmuş şahmat turniri təşkil edilib
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Ev” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Sahmat turnirinin nəticəsinə əsasən birinci yeri “Mübariz” komandası, ikinci yeri “İstiqlal” komandası, üçüncü yeri “Şahinlər” komandası tutublar.

Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirib.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak edib.

Xəbər 482 dəfə oxundu.