“Qəbələ" - "Fehervar" matçının başlama saatı müəyyənləşib
“Qəbələ” klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın "Fehervar" komandası ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib.

Cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda təşkil olunacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, iyulun 21-də Macarıstandakı “Mol Arena”da baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 358 dəfə oxundu.