Avropa birinciliyi: Cüdoçularımızdan 3-ü finala vəsiqə qazanıb
Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında 3 idmançımız finala vəsiqə qazanıb.

Cüdoçularımız Şahin Orucov (55 kq) həlledici mərhələdə serbiyalı Matiya Yeremiç, Nizami İmranov (60 kq) macarıstanlı Adam Mayor, Aydan Vəliyeva (48 kq) isveçli Tara Babulfatla üz-üzə gələcək.

Komandamızın digər üzvü Məhəmməd Məmişov (50 kq) isə bürünc medal görüşündə ermənistanlı Gor Safaryanla qarşılaşacaq.

İyunun 25-də davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edir.

Xəbər 272 dəfə oxundu.