Taekvondo üzrə kişilərdən ibarət milli komandaya yeni baş məşqçi təyin olunub
Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən, məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər edilib.

Belə ki, öz xahişi ilə istefa verən kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoustun yerinə Məmməd Abdullayev, köməkçi məşqçi Rəşad Məmmədov, Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin olunub.

Xəbər 257 dəfə oxundu.