Qılıncoynatma üzrə milli komandamız Türkiyədə keçirilən Avropa çempionatının sonuncu yarış günündə iştirak ediblər
İyunun 22-də Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatının sonuncu yarış günündə qadın sablyaçıların və kişi şpaqaçıların komanda yarışında qaliblər müəyyənləşib.

Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv səkkizliyə yüksəlmək uğrunda keçirilən ilk görüşündə Yunanıstan yığmasına 37:45 hesabı ilə uduzub.

Komandamız 9-16-cı yerlər uğrunda keçirilən qarşılaşmada Polşa millisinə 29:45 hesabı ilə məğlub olub.

Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyevdən ibarət şpaqa üzrə milli komandamız isə ilk görüşündə Niderland yığmasına 34:45 hesabı ilə uduzub.

Xəbər 306 dəfə oxundu.