Basketbolçularımız Türkiyənin “Kadikoy CSKA” komandasına qalib gəliblər
Türkiyənin İstanbul şəhərində U-18 yığma komandamızın təlim-məşq toplanışı davam edir.

Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı çərçivəsində millimiz “Kadikoy CSKA" komandasının qonağı olub və qarşılaşmadan (73-68) hesabı ilə qalib ayrılıb.

Qeyd edək ki, komandamızın ən məhsuldar basketbolçusu 21 xalla Əli Həsənov seçilib. Hüseyn Qasımov oyunu 15 xal, Səid İsmayılov isə 13 assist ilə tamamlayıblar.

Xəbər 274 dəfə oxundu.