Əlcəzair güləş komandasının nümayəndə heyəti Bakıda təlim-məşq toplantısı həyata keçirib
İyunun 25-dən iyulun 5-dək Əlcəzairin Oran şəhərində keçiriləcək 19-cu Aralıq dənizi oyunlarına hazırlıq çərçivəsində bu ölkəni güləş komandasının nümayəndə heyəti iyunun 9-21-də Bakıda təlim-məşq toplantısı həyata keçirib.

idmançılar və texniki heyət Azərbaycan səlahiyyətli orqanları tərəfindən onlar üçün yaradılan şərait və məşqdən çox razı qalıblar.

Səfirlik məşqin idman məqsədlərinə nail olunmasına şərait yaradan və görülən səylər üçün Azərbaycan Respublikasının Gənclər və idman nazirinə, həmçinin Azərbaycan Güləş Federasiyasının prezidentinə təşəkkürünü bildirir. Bu dinamika iki ölkə arasında idman sahəsində, xüsusən də, Azərbaycanın çoxlu sayda çempion yetişdirdiyi döyüş idman növlərində əməkdaşlığa təkan verəcəkdir. Əlcəzairli güləşçilər iyulun sonunda İslam Oyunlarına və digər beynəlxalq tədbirlərə hazırlaşmaq üçün yenidən Bakıya gələcəklər.

Xəbər 410 dəfə oxundu.