"Qəbələ"nin UEFA Konfrans Liqasındakı oyunlarının təqvimi açıqlanıb
"Qəbələ" futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubuna qarşı oyunlarının təqvimi açıqlanıb.

"Qəbələ" ilk matçı iyulun 21-də səfərdə keçirəcək. "MOL Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin görüşün başlama saatı hələlik bəlli deyil.

Xəbər 233 dəfə oxundu.