“Gələcəyimiz naminə, narkomaniyaya yox deyək!” adlı armreslinq idman növü üzrə açıq çempionat keçiriləcək
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə armreslinq üzrə “Gələcəyimiz naminə, narkomaniyaya yox deyək!” adlı açıq çempionat keçiriləcək.

Yarış iyunun 22-də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək.

Qaliblər qiymətli hədiyyələr, diplom və medallarla təltif olunacaqlar.

Xəbər 327 dəfə oxundu.