“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda Gəncə təmsilçisi Tural Axundovu transfer edib. Otuz dörd yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Tural Axundov 2015-2017-ci illərdə də “sarı-göylər”in şərəfini qoruyub və iki mövsüm komandanı kapitan kimi meydana çıxarıb.

Xəbər 355 dəfə oxundu.