“Qarabağ” Bakıdakı təlim-məşq toplanışını yekunlaşdırıb
İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını yekunlaşdırıb.

Ağdam təmsilçisi ötən gecə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb.

Avstriya toplanışı üçün üç yoxlama oyunu nəzərdə tutulub.

Rəqiblərin adı hələlik açıqlanmayıb.

Xatırladaq ki, "Qarabağ" bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Xəbər 392 dəfə oxundu.