Minifutbol üzrə Zəfər kubokunun qalibi mükafatlandırılıb
İdman Araşdırmalar Mərkəzinin 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən minifutbol üzrə Zəfər kubokunun qalibləri mükafatlandırılıb.

Finalda "Xocavənd”i məğlub edən Ağdam komandasına Zəfər kuboku təqdim edilib.

Hər iki komanda pul mükafatları, eyni zamanda diplomlarla da təltif olunublar.

Qeyd edək ki, “Ağdam” həlledici qarşılaşmada “Xocavənd”ə 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 323 dəfə oxundu.