Karateçilərimiz Avropa çempionatının finalında mübarizə aparacaqlar
Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı davam edir.

Azərbaycanın 16-17 və 21 yaşadək gənclərdən ibarət seçmə komandasının iki üzvü qitə çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq. Belə ki, bu yaş qruplarında Vahid Həsənov (+76 kg) və Hüseyn Məmmədli finala yüksəliblər.

Həlledici görüşlərdə V.Həsənov Lazar Potpara (Monteneqro) ilə, Hüseyn Məmmədli isə Younes Oualadla (Belçika) qarşılaşacaq.

Xatırladaq ki, bazar günü finalda Əzim Rahib (70+ kg) Aleksandr Davies (Lüksemburq), bürünc medal görüşündə Fatimə Məmmədova (47 kg) Alyona Kahveçi (Türkiyə), Aslan Dostuyev isə Aleksis Tsangarasla (Kipr) görüşəcək.

Yarışda 48 ölkədən 1064 idmançı iştirak edir.

Xəbər 276 dəfə oxundu.