Cüdoçumuz Səid Mollayi nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin növbəti Baş Assambleyası keçirilir.

Tədbir çərçivəsində komitənin təsis etdiyi nüfuzlu “Fair play” mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mükafatlandırma mərasimində Azərbaycanın böyüklərdən ibarət milli komandasının üzvü Səid Mollayiyə olimpiya hərəkatının banisi Pyer de Kuberten adına təsis edilmiş “Fair play” mükafatı təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin məqsədi ədalətli oyunların bütün dünyada müdafiəsi və təşviqidir. Ədalətli rəqabət, hörmət, dostluq, komanda ruhu, bərabərlik, həmrəylik, qayğıkeşlik, dözümlülük ədalətli oyunların təməlində duran dəyərlərdir. Mükafatlandırma mərasimi zamanı qeyd edilib ki, Səid Mollayi bu dəyərləri mənimsəməklə yanaşı, bütün karyerası boyu ədalətli oyun ruhunu nümayiş etdirən və tək cüdo üzrə deyil, bütün idman növləri üzrə idmançılara nümunə olan atletdir.

Xəbər 332 dəfə oxundu.