“Böyük dəbilqə” turnirində Azərbaycanı qadın cüdoçu təmsil edəcək
İyunun 24-26-da Monqolustanın paytaxtı Ulan-Bator şəhərində “Böyük dəbilqə” turniri keçiriləcək.

Azərbaycanı qadınlardan ibarət yığma komandanın üzvü Leyla Əliyeva (48 kq) təmsil edəcək.

Turnirə dünyanın 30 ölkəsindən 272 idmançı qatılacaq.

Xəbər 453 dəfə oxundu.