Yevlaxda regionu təmsil edən məşqçilər və cüdoçular üçün şərait yaradılır, maddi-texniki baza təkmilləşdirilir
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Yevlax şəhərində regionu təmsil edən məşqçilər və cüdoçularla görüşüb.

Görüşdə Yevlaxda 120-ə yaxın gənc və yeniyetmənin cüdo idman növü ilə məşğul olduğu barədə məlumat verilib. Federasiyanın prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaq və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini verib.

Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaq, yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Xəbər 256 dəfə oxundu.