Azərbaycanın aerodans komandası dünya çempionatının finalına yüksəlib
Azərbaycanın aerodans komandası Portuqaliyanın Qimarayeş şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib.

Vladimir Dolmatov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Xədicə Quliyeva, Rauf Hacıyev, Nigar Mircəlali və Nəzrin Mustafayevadan ibarət kollektiv təsnifat mərhələsində hakimlərdən 17,150 xal alaraq beşinci yeri tutub. Komanda bu nəticə ilə finala vəsiqə qazanıb.

Xəbər 252 dəfə oxundu.