“Kəpəz” klubu altı futbolçu ilə yollarını ayırıb
2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Kəpəz” klubu altı futbolçu ilə yollarını ayırıb.

Bunlar Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovdur.

Klub rəhbərliyi futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbər 293 dəfə oxundu.