Nasser Salimi: Azərbaycan gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib
Azərbaycan çox gözəl ölkədir. Gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib.

Bu sözləri həndbol üzrə yığma komandanın baş məşqçisi Nasser Salimi deyib.

“Milli komandada perspektivli oyunçular var. İnanıram ki, düzgün hazırlıq proqramı sayəsində onlarla uğurlu nəticələr qazanmaq olar. Əlbəttə, bu, müəyyən vaxt tələb edir. Fiziki və texniki hazırlığı yüksək səviyyəyə çatdıra bilsək, gələcəyə inamla baxmaq olar”, - deyə Nasser Salimi qeyd edib.

Xəbər 295 dəfə oxundu.