“Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib
2022-2023-cü il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib.

"Qəbələ" yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.

Klub heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. İyirmi beş yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsümü “Şamaxı”da keçirən Santos Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista”, Sloveniyada “Ankaran Hrvatini” və “Maribor”da çıxış edib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

Xəbər 267 dəfə oxundu.