Cüdoçularımız Xorvatiyada beynəlxalq təlim-məşq toplanışını davam etdirirlər
Cüdo üzrə milli komandamızın Xorvatiyada beynəlxalq təlim-məşq toplanışını davam edir.

Poreç şəhərində keçirilən hazırlıqda komandamızın böyüklər, gənclər oğlanlar, qadınlar, gənc qızlardan ibarət 45 cüdoçusu iştirak edir.

Yığma komandaya baş məşqçilər Riçard Trautman, Elxan Məmmədov və Rəşad Məmmədov rəhbərlik edir. Təlim-məşq toplanışı iyunun 21-dək davam edəcək.

Xəbər 385 dəfə oxundu.