"Qarabağ"ın rəqibi qapıçısını icarəyə verib
Ağdamın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Lex" qapıçısı Bartoş Mrozeklə müqaviləni uzadıb, daha sonra isə onu icarəyə verib.

22 yaşlı qolkiperlə 2022-ci ilin iyununadək yeni müqavilə imzalanıb. Daha sonra isə o, Polşanın "Stal Mieleç" klubuna bir mövsümlük icarəyə verilib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin oyunları iyulun 5-6-da və 12-13-də keçiriləcək.

Xəbər 378 dəfə oxundu.