"Səbail" futbolçusu Rauf Əliyevlə yollarını ayırıb
Bakının "Səbail" klubu futbolçusu Rauf Əliyevlə yollarını ayırıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Otuz üç yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq forvardı 2020-ci ilin yanvarından Bakı təmsilçisinin formasını geyinib.

Xəbər 329 dəfə oxundu.