Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Kayserispor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisini Çağdaş Atan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qırx iki yaşlı mütəxəssislə müqavilənin müddəti 2022/2023-cü il mövsümünün sonunadəkdir.

Ç.Atan 2017-ci ildə bu komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib. Mütəxəssis 2020/2021-ci il mövsümündə “Alanyaspor”un baş məşqçisi olub.

Xəbər 381 dəfə oxundu.