Yunan-Roma güləşçilərimiz U-17 Avropa çempionatında 8 medal qazanıblar
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Azaport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışın üçüncü günündə - iyunun 15-də yunan-Roma güləşçilərimiz daha 4 medal əldə ediblər.

Məhəmməd Qasımzadə (60 kq) finalda gürcüstanlı Avtandil Mamaladzeyə tam üstünlüklə (9:1) qalib gələrək Avropa çempionu olub. Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, yığma komandamız qitə birinciliyini 8 medalla başa vurub. Bunlardan 2-si qızıl, 5-i gümüş, 1-i isə bürünc medal olub.

Xəbər 472 dəfə oxundu.