"Qarabağ" klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub
Ağdamın "Qarabağ" futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Polşanın "Lex" klubuna uduzsa, “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin oyunları iyulun 21-28-də keçiriləcək.

Xəbər 346 dəfə oxundu.