"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
Ağdamın "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Baş məşqçi Qurban Qurbanovun komandası birinci təsnifat mərhələsində Polşanın "Lex" komandasını keçəcəyi təqdirdə növbəti raundda İsveçrə “Sürix”i ilə görüşəcək.

Püşkə əsasən, Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.

Xəbər 249 dəfə oxundu.