"Qəbələ" klubu Türkiyə və Rumıniya komandaları ilə yoxlama oyunları keçirəcək
“Qəbələ” futbol klubu 2022/2023-cü il mövsümünün hazırlığına bu gün start verəcək.

“Qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, ayın 12-də isə Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti hissəsi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin bu gün təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.

Xəbər 231 dəfə oxundu.