Almaniya klubu millimizin üzvü ilə müqaviləni yeniləyib
Almaniyanın "Erzgebirge" klubu millimizin üzvü Dmitri Nazarovla müqaviləni yeniləyib.

Yeni mövsümdən 3-cü liqada oynayacaq Aue təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə birillik sözləşmə imzalayıb.

Qeyd edək ki, futbolçu 2016-cı ildən Almaniya klubunda çıxış edir.

Xəbər 514 dəfə oxundu.