“Qətər-2022”: Kosta-Rika dünya çempionatına vəsiqəni təmin edib | |
Qətərdə keçiriləcək 2022-ci il futbol üzrə dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib. 32-ci iştirakçı komanda adını Kosta-Rika yığması qazanıb. Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib. Kosta-Rika millisi “Qətər-2022”də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb. Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda təşkil olunacaq. |
|
Xəbər 334 dəfə oxundu. |
|
|