UEFA Millətlər Liqası: Türkiyə millisi növbəti qələbəsini qazanıb | |
İyunun 14-də futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində dördüncü turun sonuncu görüşləri keçirilib. Sonuncu oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 12 qarşılaşma təşkil olunub. A Liqasının 3-cü qrupunda Almaniya millisi İtaliyanı 5:2 hesabı ilə məğlub edib. İngiltərə Macarıstana 0:4 hesabı ilə uduzub. C Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə Litvaya qalib gəlib - 2:0. Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: A Liqası 3-cü qrup Almaniya - İtaliya - 5:2 İngiltərə - Macarıstan - 0:4 Xal durumu: Macarıstan – 7, Almaniya - 6, İtaliya – 5, İngiltərə - 2 4-cü qrup Polşa - Belçika - 0:1 Niderland - Uels - 3:2 Xal durumu: Niderland – 10, Belçika – 7, Polşa – 4, Uels – 1. B Liqası 1-ci qrup Ermənistan - Şotlandiya - 1:4 Ukrayna - İrlandiya - 1:1 Xal durumu: Ukrayna - 7 (3 oyuna), Şotlandiya - 6 (3 oyuna), İrlandiya – 4 (4), Ermənistan – 3. (4) B Liqası 3-cü qrup Bosniya və Herseqovina - Finlandiya - 3:2 Rumıniya - Monteneqro - 0:3 Xal durumu: Bosniya və Herseqovina – 8, Monteneqro – 7, Finlandiya – 4, Rumıniya – 3. C Liqası 1-ci qrup Türkiyə - Litva - 2:0 Lüksemburq - Farer Adaları - 2:2 Xal durumu: Türkiyə - 12, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0. D Liqası 1-ci qrup Moldova - Andorra - 2:1 Lixtenşteyn - Latviya - 0:2 Xal durumu: Latviya - 12, Moldova - 7, Andorra - 4, Lixtenşteyn - 0 |
|
Xəbər 517 dəfə oxundu. |
|
|