Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib
Azərbaycan Şahmat Federasiyasının Regional İnkişaf Komissiyasının təşkilatçılığı ilə Göyçay və Ağsuda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Rapid növü üzrə yarışda Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Ucar, Zərdab, Ağdaşdan olan 16 yaşadək yeniyetmələr iştirak edib. Ümumilikdə 108 yeniyetmə şahmatçının mübarizə apardığı turnirin qaliblərinə kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Göyçay və Ağsu Şahmat məktəblərindəki turnirlərin bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının Regional İnkişaf Komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov, beynəlxalq usta İsmayıl Şahəliyev və “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev iştirak ediblər.

Xəbər 480 dəfə oxundu.