“Qarabağ”ın UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olub. Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Polşanın “Lex” komandasına rəqib olub.

Qeyd edək ki, Çempionlar Liqasında birinci təsnifat mərhələsinin oyunları iyulun 5-6-da və 12-13-də keçiriləcək. "Qarabağ" ilk matçını səfərdə keçirəcək.

Xəbər 374 dəfə oxundu.