“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb
“Qəbələ” klubu iki futbolçu ilə yollarını ayırıb.

Qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev 2022-2023-cü il mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.

2021-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan N.Mehbalıyevin icarə müddəti başa çatıb. O, 2021-2022-ci il mövsümündə “qırmızı-qaralar”ın heyətində 28 oyun keçirib.

E.Şahverdiyev ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. “Qəbələ”də 2015-2016-cı il mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.

Xəbər 241 dəfə oxundu.