Dohada keçiriləcək klublararası dünya çempionatında “Rabitə”nin sonuncu rəqibi müəyyənləşib
Qətərin paytaxtı Dohada keçiriləcək klublararası dünya çempionatında “Rabitə”nin sonuncu rəqibi müəyyənləşib. A qrupunda yer alan Marçello Abbondanzanın yetirmələri Cənubi Amerika qitəsinin qalibi “Sollis Nestle” ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Belə ki, Braziliya təmsilçisi mundialın son çempionu ilə oynamaq üçün həlledici matçda Argentinanın “Boka Xuniors” klubunu darmadağın edib – 3:0 (25:15, 25:18, 25:9). Bununla da, dünya çempionatının bütün iştirakçıları müəyyənləşib. A qrupunda “Rabitə” və “Sollis Nestle” ilə yanaşı, Asiyanın ən güclüsü - Çinin “Tianjin Bridgestone” klubu, B qrupunda isə Avropa Çempionlar Liqasının qızıl mükafatçısı “Fənərbaxça” (Türkiyə), Afrikanın ən yaxşısı “Kenya Prisons” (Keniya) və Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) qalibi “Lançeras de Katano” (Puerto-Rika) komandaları mübarizə aparacaqlar.

Xatırladaq ki, ötən il analoji yarışda da “Rabitə” braziliyalılarla eyni qrupda yer almışdı və 3:2 (25:12, 23:25, 25:18, 23:25, 15:6) hesabı ilə qalib gəlmişdi.
bu xəbər 23 dəfə oxunub

Xəbər 911 dəfə oxundu.